Bermud adaları

coğ. Bermudes f pl

Berlin
Bern
OBASTAN VİKİ
Bermud Adaları
Bermud üçbucağı (və ya Şeytan üçbucağı) — Atlantik okeanın şimalında Florida, Bermud adaları və Puerto Rikonu birləşdirən şərti xətlərin əhatə etdyi üçbucaq ərazidir. Təqribən yarım milyon kvadrat mil sahəni tutur. Bermud üçbucağı burada çoxlu itmiş obyektə görə sirli yer və anomal zona sayılır. Şeytan üçbucağı və ya Şeytan dənizi kimi tanınan Bermud üçbucağı okeanın təqribən yarım milyon kvadrat mil (1.2 milyon km²) sahəsini tutur. Bu sahə gəmilərin, qayıqların və təyyarələrin itdiyi yüksək qəza bölgəsi kimi qeyd edilmişdir. Bermud üçbucağı kütləvi informasiya vasitələrinin təqdimatında naməlum fizika qanunlarının etibarlı olduğu və ya fizika qanunlarının işləmədiyi qeyri-adi bölgə kimi məşhurlaşmışdır. Bu üçbucaqda bir çox təyyarə və gəmilərin qeybə çəkildiyi kimi bir inanc olduğu halda, ABŞ və bir çox digər dövlətlərin statistikaları bu cür qəzaların digər səyahət bölgələrində də çox olduğunu təsdiq edirlər. On illər boyunca burada baş verən bir çox qəribə hadisələr haqqında dəqiq informasiya verilməmiş və dərc edilməmişdir. Simsiz rabitənin çox inkişaf etmədiyi vaxtlarda bu cür hekayələrin danışıldığı məlumdur. Çünki 1960-cı illərdən sonra bu bölgədə batan gəmilərin yoxa çıxması xeyli azalmışdır.
Hamilton (Bermud adaları)
Hamilton (ing. Hamilton) — Bermud adalarının inzibati mərkəzi. Eyni adl dairənin olmasına baxmayaraq, şəhər Pembruk dairəsinə daxildir. Şəhər 1778-1794-cü illərdə oranın qubernatoru olmuş Henri Hamiltonon şərəfinə adlandırılıb. Həmin dövrdə şəhər atrıq mövcud idi. == Əhalisi == Əhalisi 969 nəfərdir, ancaq 1500 nəfər olduğu da iddia edilir. Yeganə rəsmi şəhər olsa da, tarixi Sent-Corc şəhərindən kiçikdir. == Biznes == Şəhərdə Accenture (keçmiş «Andersen Konsaltinq») şirkətinin mənzil-qərargahı yerləşir. Həmçinin Bacardi, ACE Ltd. və Tyco International şirkətləri də burada qeydiyyatdan keçib.
Somerset (Bermud adaları)
Aqar adası (ing. Agar's Island) — Bermud adalarına daxil olan mərcan adası. Bermudların qərbində yerləşir və 2,84 km² ərazini əhatə edir. Bu isə ümumilikdə Sendis vilayəti yarıdan çox ərazisini deməkdir. Meyn-Aylendlə Somerset açılan körpüsü ilə birləşir. == Mənbə == "Somerset Island". 2013-05-31 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2010-10-07.
Bermud ardıcı
Bermud ardıcı (lat. Juniperus bermudiana) — bitkilər aləminin çılpaqtoxumlular şöbəsinin i̇ynəyarpaqlılar sinfinin cupressales dəstəsinin sərvkimilər fəsiləsinin ardıc cinsinə aid bitki növü.
Bermud dolları
Bermud dolları (kod ISO 4217: BMD) — 1970-ci ilin fevralından qüvvədə olan Bermud adalarının pul vahididir. 1 Bermud dolları 100 sentə bərabərdir. Bermud dolları Bermud funtunun (1 Bermud funtu = 2,40 Bermud dolları) yerinə dövriyyəyə daxil edilmişdir. == Valyuta məzənnəsi rejimi == Baxmayaraq ki, Bermud adaları Böyük Britaniyanın xarici ərazisidir, Bermud dollarının məzənnəsi 1:1 nisbətində Amerika dolları ilə əlaqələnmişdir..
Bermud üçbucağı
Bermud üçbucağı və ya Şeytan üçbucağı — Atlantik okeanın şimalında Florida, Bermud adaları və Puerto-Rikonu birləşdirən şərti xətlərin əhatə etdiyi üçbucaq ərazidir. Təqribən yarım milyon kvadrat mil sahəni tutur. Bermud üçbucağı burada çoxlu itmiş obyektə görə sirli yer və anormal zona sayılır. Şeytan üçbucağı və ya Şeytan dənizi kimi tanınan Bermud üçbucağı okeanın təqribən yarım milyon kvadrat mil (1.2 milyon km2) sahəsini tutur. Bu sahə gəmilərin, qayıqların və təyyarələrin itdiyi yüksək qəza bölgəsi kimi qeyd edilmişdir. Bermud üçbucağı kütləvi informasiya vasitələrinin təqdimatında naməlum fizika qanunlarının etibarlı olduğu və ya fizika qanunlarının işləmədiyi, qeyri-adi bölgə kimi məşhurlaşmışdır. Bu üçbucaqda bir çox təyyarə və gəmilərin qeybə çəkildiyi kimi bir inanc olduğu halda, ABŞ və bir çox digər dövlətlərin statistikaları bu cür qəzaların digər səyahət bölgələrində də çox olduğunu təsdiq edirlər. == Bermud üçbucağı == 1964-cü ildə Vinsent Qaddis adında Amerikalı yazıçı Arqosy jurnalında tarixdə ilk dəfə olaraq "Bermud üçbucağı" ifadəsini işlətmiş və onun faktiki sahəsinin Mayami, San Xuan, Puerto-Riko və Bermud adalarının birləşməsi kimi geometrik olaraq göstərmişdir. Lakin digər alimlər onun bu fikirlərini heç də ciddiyə almırlar. Onların fikrincə isə, Bermud üçbucağının ümumi sahəsi 1.3 milyon km2-dən 3.9 milyon km2 arasında dəyişir.
Bermud adaları 2018 Qış Olimpiya Oyunlarında
Bermud adaları 2018 Qış Olimpiya Oyunlarında dağ xizəyi idman növündə bir idmançı ilə təmsil olunacaqdır. Artıq ardıcıl 3-cü dəfədir ki, Bermud adalarını Takker Merfi təmsil edəcəkdir. == Millinin tərkibi == == Yarışmanın nəticələri == === Xizək idmanı növləri === ==== Xizək yürüşü ==== Təsnifat mərhələsində idmançı Beynəlxalq Xizək İdmanı Federasiyasının 21 yanvar 2018-ci il reytinqinə əsasən iştirak edə bilər. «A» kateqoriyası üzrə lisenziya qazanmaq üçün idmançı reytinq üzrə 100 xal qazanmalıdır. Bununla belə MOK-ləri «B» kteqoriyasını ödəyə biləcək 1 qadın və 1 kişi olmaqla iştirakçı ilə təmsil oluna bilər. Təsnifata əasən Bermud adaları «B» kateqoriyası üzrə 15 km-lik yürüşdə iştirak hüququ əldə etmişdir. Ölkəsini təmsil etmək hüququ Takker Merfiə məxsusdur.
Abako adaları
Abako adaları (ing. Abaco Islands) — Baham adalarının şimal hissəsində adalar qrupu. Əsas adalar Böyük Abako və Kiçik Abakodur.
Akteon adaları
Akteon adaları (fr. Groupe Actéon) — Tuamotu arxipelaqının cənub hissəsində yerləşən adalar qrupu (Fransa Polineziyası). Manqareva atollundan 225 km məsafədə yerləşir. == Coğrafiya == == Tarixi == Akteon adaları ilk dəfə 1606-ci ildə portuqal əsilli ispan dənizçisi və səyyahı Pedro Fernandes Kiros tərəfindən kəşf edilmişdir. O, adaları kokos palmalı ağacları olan olaraq təsvir edir. Göyərtə qeydlərində onlar bu cür təsvir edilir: «Cuatro Coronadas», «Cuatro Hermanas» (dörd bacı) və «Anegadas» (su basmış). Adalar 1983-cü ildə baş vermiş siklondan əziyyət çəkmişdir. == İnzibati bölgüsü == İnzibati baxımından Qambe kommunasına daxildir. == Əhali == 2007-ci il məlumatına görə adada yaşayış yoxdur.
Aland adaları
Aland adaları (isv. Åland — Oland) və ya Ahvenanmaa fin Ahvenanmaa) — Finlandiyaya aid muxtar vilayət. Aland adaları Baltik dənizində yerləşən 8 000 adadan ibarət arxipelaqdır. Bu adaların əhalisi lap qədimdən İsveç dilində danışıb və 1808-ci ilədək İsveç krallığının tərkibinə daxil olub. 1808-1809-cu illər savaşının yekunlarına görə İsveç Finlandiyanı və Aland adalarını Rusiyaya verməyə məcbur olub, Sonuncu isə 1856-cı il Aland müharibəsində (Krım müharibəsinin bir hissəsi) məğlub olandan sonra Aland adalarını hərbsizləşdirilmiş zona kimi tanımaq zorunda qalıb. XX əsrin əvvəllərində ümumxalq səsverməsi keçirilib və Norveç dinc yolla İsveçdən ayrılıb. 1917-ci ildə Rusiya Finlandiyanın müstəqilliyini tanıyıb. Bu zaman Aland adalarının İsveç əhalisi öz qədim vətənləri olan İsveçlə birləşmək arzusunda bulunub. İsveç kralına adaların bütün yaşlı əhalisinin imzaladığı xahişnamə təqdim olunub. 1917-ci ilin dekabrında Finlandiya Aland əhalisinin arzusu əleyhinə gedərək onların öz müqəddəratlarını təyinetmə şərtlərini onunla razılaşdırmağı təklif edib.
Aleksandr adaları
Aleksandr adaları — Frans-İosif Torpağına daxil olan 5 adadan ibarət adalar qrupu. İnzibati cəhətdən Arxangelsk vilayətinin Primorski rayonu ərazisinə daxildir. == Yerləşməsi == Adalar arxipelaqın şimalında, Cekson adasının şimalında yerləşir. 5 km cənubda isə Pontremoli adaları qərarlaşır. == Xüsusiyyətləri == Arxipelaqa daxil olan ən iri adanın hündürlüyü 46 metrdir. Diametri isə 900 metr. Digərlərinin uzunluğu 100 metri keçmir. Digərlərində yüksəklik yoxdur. Onlar buzdan azaddır. Adalar Avstriya-Macarıstan imperator və hərb naziri, 1872–1874-cü illər ekspedisiyasını maliyyələşdirən Aleksandr fon Krobatininin şərəfinə adlandırılmışdır.
Aleut adaları
Aleut adaları (ing. Aleutian Islands) — Alyaska yarımadasının cənub-qərb ucundan Kamçatka yarımadasının ətəyinə qədər qövs əmələ gətirən vulkanik mənşəli arxipelaq. Adalar Berinq dənizinin cənub sərhəddidir. ABŞ-nin Alyaska ştatının tərkibindədir. == Coğrafiyası == Arxipelaq 110 adadan və çoxlu qayalardan ibarətdir. Ümumi sahəsi 17,7 min km²-dir. Arxipelaq 5 qrupa bölünür: 1) Near adaları - Attu adası, Aqattu adası və Semiçi adaları. 2) Siçovul adaları- Buldır, Kıska, Balaca Kıska, Sequla, Siçovul, Xvostov adası, Piramida, Davıdov adası, Kiçik Sitkin, Amçitka, Yeddiçəkməli adalar 3) Andreyanov adaları: Qarelıy, Kanaqa, Kaqalaska, Adak, Tanaqa, Atka adası, Amlya, Siquam və s. 4) Dörd Dağ adaları: Amukta, Çaqulak, Yunaska, Qerbert, Karlayl, Çuqinadak, Uliaqa və Kaqamil adaları. 5) Tülkü adaları: Unimak, Akutan, Unalaşka, Umnak və Din xadimi adası.
Amakusa adaları
Amakusa adaları (yap. 天草諸島) — Kyuşu adasının qərb sahili yaxınlığında Şərqi Çin dənizində yerləşən yapon arxipelaqı. İnzibati cəhətdən Kumamoto və Kaqoşima prefekturalarına aiddir. Arxipelaqda ümumi sahəsi təxminən 900 km² olan 70-ə yaxın ada var.
Amami adaları
Amami (yap. 奄美群島) — Sakit okeanda, Nansey arxipelaqına daxil olan adalar qrupu. Ryukyu adalarından fərqli olaraq Okinava prefekturasına deyil Kaqoşima prefekturasına daxildir. Əhalisi Ryuku dilinin dialektində danışır. == Coğrafiyası == Amami arxipelaqı ümumilikdə 13 adadan ibarətdir: Oşima adası (奄美大島) Üdatekkuşima (枝手久島) Kikayşima (喜界島) Kakaeromaşima (加計呂麻島) Eniyabanareşima (江仁屋離島) Sukoimocima (須子茂島) Yoroşima (与路島) Ukecima (請島) Kiyamaşima (木山島) hamyyaşima (ハンミャ島) Tokunoşima (徳之島) Okinoerabu (沖永良部島) Yoronşima (与論島), həçmcinin bir necə qayalıq.Adalarda hazırda belə unikal endemik calıları müşahidə etmək olar: Dırmanan dovşan (lat. Pentalagus furnessi) və Amami çilingdimdyi (lat. Scolopax mira). == Tarixi == 1945 - 1953-ci illər arası adalar ABŞ işğalında olmuşdur. 1953-cü ilin milad bayramı günü ABŞ daları Yaponiyaya qaytarmışdır. == Mənbə == VikiSəyahətdə Amami Islands haqqında səyahət məlumatları var.
Amindivi adaları
Amindivi adaları (ing. Amindivi Islands) — Hind okeanında Hindistana məxsus olan adalar qrupu. Lakşadvil müttəfiq ərazisinə daxildir. == Coğrafiya == Amindivi adaları Lakkadiv adalarından şimalda yerləşir. Arxipelaqa atollar, 3 rif və 4 bankə daxildir. Amindivi adaları həmcinin sutka ərzində rekord miqdarda yağıntının düşməsi ilə tarixə keçmişdir. 6 may 2004-cü ildə adalara 1168 mm yağıntı düşmüşdür. == Tarix == Oda məlumdur ki, 1498-ci ildə Vasko da Qama adalarda olmuşdur. == Əhalisi == Adalarda 18 876 nəfər yaşayır (2001). Əhalinin 7340 nəfəri Amini adasında cəmlənmişdir.
Andaman adaları
Andaman adaları (ing. Andaman Islands) — Hind okeanınında yerləşən və Hindistan ilə Myanma arasında yerləşən arxipeleaq. Hindistanın birləşmiş ərazisidir. Nikobar adaları ilə birlikdə 204 adadan ibarətdir. Adsların ümumi sahəsi 6408 km² təşkil edir. Adalarda hal-hazırda 343 125 (2011) nəfər insan yaşayır. Onlardan cəmi 500 nəfəri yerli əhalidir. Cənubdan Nikobar adalarından Onuncu Dərəcə boğazı ilə ayrılır. Adaların və inzibati bölgənin ən iri şəhəri Port-Blerdir. Şəhərdə hal-hazırda 100,608 nəfər yaşayır.
Andreyanov adaları
Adreyanov adaları (ing. Andreanof Islands, aleut. Niiĝuĝin tanangis) — Aleut arxipelaqında yerləşən bir qrup ada. Qərbdə Amçitka boğazı ilə Siçovul adalarından, şərqdə Amukta boğazı ilə Dörd Dağ adalarından ayrılır. == Coğrafiya == Adaların uzunluğu təxminən 440 km-dir. Qrupa 46 vulkanik ada və bir çox kiçik qayalıq daxildir. Delarov adaları da daxil olmaqla ümumi sahəsi 3924,737 km²-dir. Ən yüksək nöqtəsi Tanaqa vulkanıdır (1806 m). Delarov adaları Adreyanov adalarının alt qrupudur və arxipelaqın ən qərb adalarını əhatə edir. Qrupun ən böyük adaları bunlardır: Qorelı, Tanaqa, Kanaqa, Adak, Kaqalaska, Bolşoy Sitkin, Atka, Amlia və Siquam.
Avrora adaları
Avrora adaları — Cənubi Georgiya və Folklend adaları arasında ehtimal olunan kabus ada. Adalar ilk dəfə 1762-ci ildə kəşf edilmişdir. 1794—1870-ci illər ərzində 52°37' c.e və 47°49' q.u göstərilirdi. Adalar haqqında son məlumatlar 1856-ci ilə aiddir. Sonradan adalar aşkarlanmamışdır. Bu adaların həqiqətəndə mövcud olub olmaması dəqiq bilinmir. Ola bilsin ki, ada zənn olunan obyekt ya aysberq ya da atmosfer hadisəsi olmuşdur. Belə düşünülür ki, bu adalar Şaq qayalıqlarıdır. == Açılış tarixi == 1762 — İspaniyaya məxsus olan «Avrora» gəmisi Limadan Kadis istiqamətində üzərkən Cənubi Georgiya yolunun üzərində, Folklend adalarından cənub-şərqdə üç adanı kəşf etmişdir. Adalar adanın şərəfinə adlandırılmışdır.
Aynov adaları
Aynov adaları (rus. Айновские острова) — Barens dənizinın Varanger-Fiord körfəzində yerləşir. İnzibati cəhətdən Murmansk vilayətinın Peçenq rayonu ərazisində yerləşir. Arxipelaq iki adadan ibarətdir Böyük Aynov və Kiçik Aynov. Srednıy yarımadasından 5 km şimalda yerləşir. Adalar arasında dərinliyi 17 metr olan boğaz vardır. Adalarda dəniz quşlar kütləvi şəkildə yuva qururlar. Adalar Kandalaş qoruğu ərazisinə daxildir. 1920–1944-cü illərdə ərazi Finlandiyaya məxsus olmuşdur.
Ayu adaları
Ayu adaları (ind. Kepulauan Ayu) — iki adadan ibarət olan qrup. İnzibati baxımından İndoneziyanın Qərbi Papua vilayətinin Raja Ampat adaları dairəsinə daxildir. Adalar qrupu iki mərcan atolundan ibarətdir. Ən hündür nöqtəsi 106 metrdirBu adaların sahillərində Dərili tısbağalar yumurta qoyur (lat. Dermochelys coriacea).
Baham adaları
Baham Adaları Birliyi (ing. Commonwealth of the Bahamas), Bahamalar (ing. Bahamas) — eyni adlı adalarda yerləşən dövlət. Sahəsi – 13,9 min km², əhalisi – 0,4 mln. nəfər (2005-ci il), paytaxtı – Nassau. Baham adaları Florida yarımadasından cənub-şərqdə geniş Baham arxipelağında yerləşir. Arxipelaq 650-dən artıq xırda adalardan ibarətdir. == Adın etimologiyası == Baham adaları adının haradan gəldiyi dəqiq məlum deyil. Adanın adının ispan dilindəki baja mar (cənub dənizi) və ya bu adanın aborigen sakinləri olan Lukayan xalqının dilindəki ba-ha-ma (geniş yüksək ərazi) sözündən yaranması ehtimalı mövcuddur. == Coğrafiya == Baham adaları əsasən mərcan tipli əhəngdaşlarından ibarətdir.
Balear adaları
Balear adaları — İspaniyaya bağlı beş böyük və onları əhatə edən bir neçə kiçik adadan ibarət olan muxtar birlik. İspan dili ilə birlikdə katalan dili də bu bölgənin rəsmi dildir. Bölgəni ən böyük adaları Malyorka, Minorka, İbitsa, Kabrera və Formenteradır. == Tarix == Tarixi mənbələrə görə, 2600 ildir ki, insanların buralarda yaşadığı bilinməkdədir. Tarixdə müxtəlif zamanlarda Balear Adaları romalıların, kartacalıların, əlcəzairlilərin və ispanların idarəsində qalmışdır. E.ə. 122-ci ildə adalar romalıların əlinə keçmiş, 466-cı ildə vandallar hakim olmuşdur. Vandallarla Şərq Roma İmperatorluğu arasında davam edən mübarizədən sonra , adalar Şərqi Roma İmperatorluğuna daxil oldu. Səkkizinci əsrdə adalar , Ərəblərin əlinə keçdi. Balear Adaları 903'te edilən müqvilədə Əməvi Dövlətinə daxil oldu.
Balleni adaları
Balleni adaları (ing. Balleny Islands) — Üç böyük adadan və çoxlu sayda kiçik adalardan ibarət, insan yaşamayan arxipelaqdır. Vulkan mənşəli Cənub okeanı (Somov dənizi) və cənubdan Yeni Zelandiya ilə əhatələnmişdir. == Coğrafiyası == Arxipelaqa üç böyük ada daxil olur — Yanq, Bakl və Sterj adaları. Həmçinin bir çox xırda adacıqlardan və qayalardan ibarətdir. Adaların hündürlüyü dəniz səviyyəsindən 1524 m yüksəkliyə qədər çatır. Ərazinin çox hissəsi buzlaqlarla örtülmüşdür. Arxipelaqın uzunluğu təxminən 160 kilometrə qədər uzanır. Adalarda Adeli pinqvini və Antarktika pinqvininlərinin böyük koloniyaları yerləşir. Adalar Antarktika haqqında konvensiyaya görə Yeni Zelandiyaya yaxın olan Antarktika ərazisinə (Rossa ərazisi) daxil edilmişdir.
Batu adaları
Batu adaları (ind. Kepulauan Batu) — Hind okeanında yerləşən elədə böyük arxipelaq. Sumatra adasından qərbdə, Nias və Mentavay adaları arasında yerləşir. İnzibati baxımından Şimali Sumatra vilayətinə daxildir.. İndoneziya və Malay dillərində daş və ya qaya mənasını verir. == Coğrafiya == Arxipelaqa 48 ada daxildir. Sahəsi 1154 km²-dir. Tanahmasa adasından akvator xətti keçir. 1154 km² ərazinin 1125 km² üç adanı əhatə edir: Pini, Tanahmasa və Tanahbala. Tanahbala — 467,6 km².
Begiçev adaları
Begiçev adaları — Laptevlər dənizinin cənub-qərbində, Xatanqa körfəzinin girəcəyində yerləşən iki adadan ibarət olan arxipelaq. İnzibati cəhətdən Yakutiya ərazidində yerləşir. Adalar 1908-ci ildə rus dənizçisi və səyahətçisi Hikifor Akekseeviç Beqiçev tətəfindən kəşf edilmişdir və onun şərəfinədə adlandırılmışdır. == Böyük Beqiçev == Uzunluğu 61 km, eni 57 km, sahəsi 1800 km² təşkil edir. Adanın cənub qutaracağı ilə materik arasında məsafə 9 kilometrdir. Mərkəzi hissədə hündürlük 198 metrdir. Şimal-qərb və şimal-şərqdə hündürlük düzənliklər geniş sahə tutur. Ən uzun çayı İlistayadır (34 km). Uzunluğu 20 km olan cəmi 5 çayı vardır. Səthi Tundra ilə örtülmüşdür.